|
Biometrik keçid yoxlama sistemləri
|
|

You must have Flash Player installed in order to see this player.
|
Biometrika- istifadəçinin fiziki və davranış xüsusiyyətlərini tanıyaraq şəxsiyyəti müəyyən etmək üçün inkişaf etdirilmiş kompyuter yoxlamalı, avtomatlaşdırılmış sistemlər üçün istifadə olunan ümumi bir termindir. Kart, şifrə və ya pin nömrəsindən istifadə edən digər tanıma metodlarına nisbətən daha etibarlı olduqları üçün seçilirlər.
|
 |
|
Biometrik sistemin üstünlükləri bu şəkildə sadalana bilər:
İstifadəçinin şəxsi məlumatlarının təsbit ediləcəyi yerlərdə şəxsən olmasının zəruriliyi, Yanında özün tanıtmaq üçün şəxsi kart, digər şəxsiyyəti təsdiq edən sənədlərin olmaması, Şifrə/PİN nömrəsi kimi gizli saxlanılan məlumatları əzbərləmək məcburiyyətində olmaması.
|
 |
|
Kompyuter və internetin informasiya texnologiyası vasitələri olaraq fəal şəkildə istifadə olunmağa başlanması ilə yanaşı bəzi şəxsi məlumatlara və ya firmalara aid gizli məlumatların səlahiyyəti olmayan şəxs və ya təşkilatlar tərəfindən əldə edilməsinin qarşısı alınmalıdır. Geniş şəkildə istifadə olunan sistemlər istifadəçiləri müəyyən etmək əvəzinə istifadəçinin təqdim etdiyi tanıdanları və ya məlumatları təsdiq edir. Halbuki biometrik texnologiyalar şəxsləri bilavasitə tanıdıqları üçün yüksək təhlükəsizlik tətbiqlərinin imtina edilməz ünsürləridir.
|
 |
|
Barmaq izi, gözün tor qişası, damar və üz tanınması olaraq dörd əsas başlıqda toplanan biometrik keçid yoxlama sistemləri əsas prinsip olaraq kompyuter database üzərində əvvəlcədən alınan biometrik qeydlərin bərabərləşdirilməsi metodu ilə istifadə olunur. Normal kartlı keçid yoxlama sistemlərinə nisbətən daha yavaş çalışdıqları üçün kart və pin kodu ilə birlikdə istifadə olunmaları daha geniş yayılmışdır. Sürətli giriş-çıxış edilən fabrikin işçi girişi kimi yerlərdə istifadəolunmaları uyğun olmasa da çox yüksək təhlükəsizlik lazım olan yerlər üçün dəqiq həll yoludur.
Az sayda şəxsin istifadə etdiyi, ancaq yüksək təhlükəsizlik ehtiyacı olan özəl yerlərin girişlərinin nəzarət altına alınmasını təmin edən bu özəl sistemdə ən yüksək texnologiyanı yenə də TAC TECHNO CENTER-də tapa biləcəksiniz.
|
|