
Axtarış
Cəhazlar və Sistemlər
| SIRAMAT Növbəli çağırış sistemləri |
|
|
| SIRAMAT Növbəli çağırış sistemləri |
|
Bank filialları, notariat kontorları, xəstəxanalar və bütün dövlət idarələrində insanların növbə gözlədikləri yer həddindən artıq sıx olduqda və bu hal həm işləyən, həm də əlaqədar quruma müştəri olaraq gələn insanların psixologiyalarını pozmaqla zaman və pul itkisinə səbəb olur. TAC TECHNO CENTER-in məhsul qrupunda yer tutan PcProx Sıramat Sistemi ilə bu problem çox asanlıqla həll olunacaqdır. Sistemdə əsas giriş qapısının yanında sıra nömrəsini verən bir BİLETMAT cihaz Kiosk ilə qoyulur. Gələn insanlar, gəliş məqsədlərinə görə Biletmat ilə əlaqədar düyməyə basaraq sıra nömrələrini alırlar. Əməliyyatı həyata keçirən qeydiyyat məmurlarının kassa dayaqlarının üstündə kassa nömrəsini və əməliyyatın həyata keçiriləcək sıra nömrəsini göstərən bir led paneli yerləşir. Gözləmə salonu kimi ümumi sahələrdə də eyni led paneli yer tutur. Sistem proqramı ilə bütün kassalar və sıra nömrəsini alanlar avtomatik olaraq yaddaşda saxlanılır. Kassa işçisi həyata keçirdiyi əməliyyatı başa çatdırdıqdan sonra onda olan düyməyə basdığı zaman, sistem növbədəki nömrəni avtomatik olaraq o məmura yönləndiri və led panellərdə kassa nömrəsi ilə əlaqədar sıra nömrəsi görünür, eyni zamanda səsli xəbərdarlıq verilir. Eyni zamanda qarışıqlığın qarşısını alaraq sistemli bir iş şəraiti yaradılacaqdır. |





Cəhazlar və Səstemler 

