|
Vizual qapı telefon sistemləri
|
|
|
Qapınızı görmədən açmayın. Təhlükəyə yol aça bilərsiniz.
Xüsusi evlərdə, villalarda, çox mərtəbəli yaşayış binalarında və ofislərdə; qapını kimin döydüyünü görmək, qapını döyən şəxslə danışmaq, ehtiyac olarsa kimliyini göstərməsini tələb edərək, əmin olduqdan sonra qapını açmaq istəyirsinizsə, tanımadığınız şəxslərə qapını açmaq istəmirsinizsə, yeganə yol vizual qapı telefonudur.
Sistem prinsipi və tək qapı / tək monitorlu sistem
Sistemdə, qapının girişinə kameralı və səs sistemli zəng paneli və mənzilin içərisinə monitor yerləşdirilir. Qapıya gələn şəxs zəngə basdığı zaman, avtomatik olaraq monitorda əksi görünür, ehtiyac olarsa monitor qəbulediciləri götürülərək qapıdakı şəxslə iki tərəfli səs əlaqəsi yaradılır. Daha sonra monitor üzərindəki qapı açma düyməsinə basaraq, istəsəniz əgər qapını aça bilərsiniz. Səs əlaqəsi eyni ilə telefon rahatlığı kimidir, “Bas-danış”/ burax- dinlə şəklində, domofonlardakı kimi çətin bir əlaqə danışıq mövzusu deyildir. Monitor üzərindəki canlandırma düyməsinə basılaraq, qapı kamerasının görünüşünü istədiyiniz zaman görə bilərsiniz.
|

|
|

|
Çox mərtəbəli və çox girişli villalar
Çox mərtəbəli və ya birdən artıq qapısı olan villalarda, mərtəbələrə ayrı-ayrı monitorlar və xidmət şöbəsinə sistem telefonu qoyulur. Qapı döyüldüyü zaman, hər hansısa bir monitordan təsvir qəbul olunaraq səs əlaqəsi yaradılır. Hansı qapıdan zəngə basılmışsa, ekrana o qapının təsviri gələcəkdir. Sistemdə monitor və telefonlar, bir-birlərini axtararaq danışa bilərlər. Bu danışıqda məxfilik əsasdır. İki monitor bir- biri ilə danışarkən, digər monitorlardan bu danışığa qulaq asa bilməzlər.
Lazım gəldikdə qapıdakı zəng panelləri iki düyməli olaraq hazırlanır. Beləliklə zəng düymələrindən biri ev üçün, digəri xidmətçi/fligel/qapıçı üçün ayrı-ayrılıqda istifadə oluna bilər.
|
|
Evlər
Ev tətbiqlərində ümumi mənzil sayı qədər düyməyə sahib olan kameralı zəng panelindən istifadə olunur. Hər mənzil və qapıçının mənzilinə müstəqil bir monitor yerləşdirilir. Qapıdan hansı mənzilin zəngi basılırsa, o mənzildə qapı təsvir olunur və qapı görünür. Mənzil monitorlarından qapıçının mənzili də görünə bilər. Görünmə məxfiliyi əsasında bir mənzildə qapı və ya qapıçı görünərkən, diğər mənzillər bunu görə bilməzlər.
TAC TECHNO CENTER vizual qapı telefon sistemlərində, bu mövzuda dünyanın ən məşhur üç markasından biri olan, İtaliya mənşəli ELXOV və COMELİT məhsulları ilə, kompleks yollar təqdim edir. ELXOV - COMELİT , mükəmməl məhsul keyfiyyəti, estetik İtaliya zərifliyi və hər növ layihəni həll edə bilən funksional yaxınlaşmanı uyğun qiymətləri ilə birləşdirdiyi üçün, dünyada və Türkiyə’də ən çox istifadə olunan marka olmuşdur.
Azərbaycan’da da bu inkişafı təmin etmək hədəfimizdir.
|

|
|

|
|