|

Həyat və əmlak təhlükəsizliyini təmin etmək üçün istifadə olunan yanğın xəbərdarlıq sistemlərinin məqsədi, yanğının hələ başlanğıc mərhələsində hadisəni mənimsəyərək insanları xəbardar etmək və tədbir almalarını təmin etməkdir.
Sistemlərdə hər detektorun mühafizə olunacaq yerin fiziki və funksional xüsusiyyətinə görə fərqli metodlarda mənimsəmə xüsusiyyətlərinə sahib, kanal və şüa tiplərində, optik duman, ionlaşdırılmış duman, istiliyin artım sürəti, sabit istilik, kombinasiya edilmiş istilik+ duman, od (flame) və şüa tipli (Beam) fotoelektrik detektorları, nümunə götürmə metodu ilə işləyən hava çəkmə detektorları, manuel xəbərdarlıq düymələri və sirenalardan istifadə olunur.

Yanğın xəbərdarlıq sistemləri şərti (bölgə əsaslı) və ya ünvanlana bilən (ağıllı, nöqtə məlumatlı) olaraq təsis oluna bilər. Şərti sisitemlər əsasən kiçik müəssisələrdə üstün tutulur. Ünvanlana bilən sistemlər isə, çox mərtəbəli, çox hissəli böyük təsislər, otellər və iş mərkəzlərində tətbiq olunur.
TAC TECHNO CENTER mühəndisləri tərəfindən, ən kiçik müəssisədən dövlət komplekslərinə qədər bütün müəssisələrdə, texniki ölçü və risk analizlərini həyata keçirərək, qurumun ehtimal olunacaq yanğın riskinə qarşı ən uyğun və professional məhsullarla mühafizə olunması təmin olunur.
|





|